İQTİSADİYYAT
Rəşad Nəbiyev: Rəqəmsal transformasiyaya yatırılan investisiya əlavə dəyərin yaradılmasına xidmət etməlidir
Bakı, 28 aprel, AZƏRTAC
Rəqəmsal transformasiyaya yatırılan investisiya əlavə dəyərin yaradılmasına xidmət etməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda təşkil olunan ictimai müzakirə zamanı deyib.
Nazir bildirib ki, rəqəmsal transformasiya bu gün ölkənin üzləşdiyi çətinliklərin, çağırışların, iqtisadi artımın bir güzgüsü olmalıdır. Rəqəmsal transformasiyanı həyata keçirərkən ikinci vacib amillərdən biri inklüzivliyin təmin edilməsi, rəqabət qabiliyyətinin artırılmasıdır”, - deyə nazir əlavə edib.