İQTİSADİYYAT
Rəşad Nəbiyev: “TEKNOFEST” gənclərimizin texnologiyaya marağının artmasına təkan verəcək VİDEO
Bakı, 7 fevral, AZƏRTAC
100 faiz türk brendi olan “TEKNOFEST”in Azərbaycanda keçirilməsi qardaşlığın, dostluğun, strateji tərəfdaşlığın təzahürüdür.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 7-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsinin əsas qəhrəmanlarından biri “Bayraktar” dronları gənclərin texnologiyaya axınının əsas nümunəsidir.
“Festival gənclərimizin texnologiyaya marağının artmasına təkan verəcək. “TEKNOFEST” həm də beynəlxalq bazarlara çıxış imkanı olan startaplarımız üçün buraya dəvət edilmiş vençur fondları və mentorlarla əməkdaşlıq baxımından əhəmiyyətli rol oynayacaq”, - deyə nazir əlavə edib.