Rəşad Rəsullu: Kəramət Hüseynov nizam-intizam qaydalarını ciddi şəkildə pozur
AzerTAg.az

Bakı, 18 may, AZƏRTAC
Cüdo üzrə yığmamızda ən problemli məsələ 66 kiloqram çəki dərəcəsidir. Bu məsələ ilə bağlı məşqçilərlə danışıb, ortaq qərar verəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu mayın 18-də jurnalistlərlə görüşündə deyib.
Bu çəki dərəcəsində digər ölkələrin milli komandalarında da problemin olduğunu diqqətə çatdıran R.Rəsullu vurğulayıb ki, bu kateqoriyada reytinq cədvəlində ilk iki pillədə Yaponiya təmsilçiləri yer alıblar. Kəramət Hüseynov istedadlı cüdoçudur. Lakin o nizam-intizam qaydalarını ciddi şəkildə pozur. Federasiya olaraq onunla söhbət edib, öz potensialından istifadə etməli olduğunu bildirmişik. Lakin onun davranışları bizi qane etmir.
Xəbərin mətnində orfoqrafik səhv var