İDMAN


Rəşad Yelkiyev Avropa birinciliyində bürünc medal qazanıb

Bakı, 3 noyabr, AZƏRTAC 

Macarıstanın Qyor şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı keçirilir.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, millimiz mötəbər yarışın birinci günündə aktivinə bir medal yazdırıb.

Altmış kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Rəşad Yelkiyev bürünc medal qazanıb.

Qeyd edək ki, 37 ölkədən 297 (178 oğlan, 119 qız) cüdoçunun qüvvəsini sınadığı qitə çempionatında Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.