SİYASƏT


Rəşadətli Azərbaycan ordusunun xilaskarlıq missiyasına dəstək məqsədilə Berlində kütləvi nümayiş keçirilib

Berlin, 18 oktyabr, AZƏRTAC

Bu gün Almaniyadakı Azərbaycan icması erməni təcavüzünə və Azərbaycanın dinc sakinlərinin atəşə tutulmasına etiraz və rəşadətli Azərbaycan ordusunun xilaskarlıq missiyasına dəstək əlaməti olaraq Berlində irimiqyaslı nümayiş keçirib.

AZƏRTAC xəbər verir ki, günorta saatlarında Aleksanderplats meydanında başlayan aksiyada nümayişçilər Unter-den-Lindendən irəliləyərək Brandenburq qapıları qarşısında böyük mitinq keçiriblər.

Nümayişdə təqribən 2 min nəfər iştirak edib. Dörd saat davam edən aksiya boyu iştirakçılar “Erməni təcavüzünü dayandırın!”, “Erməni ordusu, Dağlıq Qarabağdan rədd ol!”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndiriblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.