ELM VƏ TƏHSİL
Rəsədxana: Astronomiyaya dair yeni kitabın hazırlanması müzakirə olunub
Bakı, 31 mart, AZƏRTAC
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının hibrid formatda iclası təşkil olunub.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
İclasda rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Sonra yeni Astronomiya kitabının hazırlanması müzakirə olunub. Şura üzvlərinin təklifləri dinlənildikdən sonra kitabın hazırlanması üçün işçi qrupun yaradılması barədə qərar qəbul edilib.
Rəsədxananın icraçı direktoru, professor Nəriman İsmayılov Gənc Alim və Mütəxəssislər Şurasının 2023-cü ilin 2-ci rübü üçün astroseminarlara təqdim olunacaq mövzular haqqında çıxış edib. O, seminara təqdim olunan məruzələrin həm elmi, həm elmi populyar, həm də öyrədici olmaqla müxtəlif istiqamətləri əhatə etməsinin daha səmərəli nəticələr verəcəyini vurğulayıb.