ELM VƏ TƏHSİL


Rəsədxana: Geomaqnit sahəsinin aktiv olacağı gözlənilir

Bakı, 22 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəşin səthində 8 ləkə qrupu və 140 ləkə müşahidə olunur.

Mayın 12-si və 17-də baş vermiş tac kütlə atılmalarının təsiri ilə geomaqnit sahəsi aktivləşib, mayın 20-dən geomaqnit qasırğası başlayıb. Qasırğa G2 (orta) səviyyəsinə kimi yüksəlib və mayın 24-dək davam edəcəyi gözlənilir.

Mayın 22-dən 24-dək S1 səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı var.

Tac kütlə atılmalarının təsiri davam etdiyindən və mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin) əlavə olunacağına görə Günəş küləyinin sürətinin yuxarı səviyyədə qalacağı proqnozlaşdırılır.

Mayın 24-dən etibarən geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.