ELM VƏ TƏHSİL


Rəsədxana: Günəş fəallığı çox aşağı səviyyədə olub

Bakı, 21 yanvar, AZƏRTAC 

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yanvarın 21-nə olan kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Əldə olunan peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb. 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

DSCOVR kosmik aparatının ölçmələri Günəş küləyi parametrlərinin nominal səviyyədə olduğunu göstərib. Günəş küləyinin sürəti saniyədə 340 –385 kilometr təşkil edib. Geomaqnit sahə son 24 saat ərzində nisbi sakit olub.

Günəş fəallığının növbəti üç gün ərzində (21-23 yanvar) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (21-23 yanvar) normal səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (21-23 yanvar) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (21-23 yanvar) Günəş küləyi parametrlərində nominal rejim davam edəcəyi, geomaqnit sahənin sakit rejimdə qalacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.