ELM VƏ TƏHSİL
Rəsədxana kosmik hava durumu və proqnozunu açıqlayıb
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3). İyulun 22-dən 24-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin nominal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə fon səviyyələrində davam etməsi gözlənilir.
Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı iyulun 22-də 1 faizdən, iyulun 23-24-də isə 5 faizdən aşağı qiymətləndirilir.