ELM VƏ TƏHSİL


Rəsədxanada Kosmos yay düşərgəsi keçirilib

Bakı, 4 iyul, AZƏRTAC

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 2016-cı ildən BMT Baş Assambleyası tərəfindən təqvimə salınmış Asteroid Gününə həsr olunan Kosmos yay düşərgəsi təşkil olunub.

Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.

Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium, Astronomiya təşkilatı, Həvəskar Astronomlar Cəmiyyəti və digərlərinin birgə təşkilatçılığı ilə keçirilən düşərgədə 60-a yaxın gənc iştirak edib.

Təşəbbüsün məqsədi elmin təbliği, kosmologiya və astronomiya sevərlərlə ulduzlu səma altında maraqlı elmi müzakirələr apararaq iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi olub.

Rəsədxananın Qalaktikalar və ulduz əmələgəlmə prosesləri şöbəsinin elmi işçisi Səbahəddin Alışov düşərgə iştirakçılarını elmi müəssisənin muzeyi ilə tanış edib.

Düşərgə iştirakçılarına “Sürətləndirilmiş gələcək: kainatın sonuna səyahət” filmi nümayiş olunub.

Sonra ŞAR-ın konfrans zalında rəsədxananın Qalaktikalar və ulduz əmələgəlmə prosesləri şöbəsinin böyük elmi işçisi Bahadır Abdullayev kosmologiya və astronomiyanın bir sıra aktual məsələləri - Böyük partlayış, Kainatın quruluşu, Qara dəliklər, ekzoplanetlər və s. haqqında məruzə edib.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.