ELM VƏ TƏHSİL
Rəsədxanada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
Bakı, 25 fevral, AZƏRTAC
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə mənfur ermənilərin Xocalıda törətdikləri qanlı qırğınlardan danışıb. Vurğulanıb ki, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verilib.
Tədbirdə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyəti vurğulanıb.
Digər çıxış edənlər də Xocalı faciəsinin heç vaxt yaddan çıxmayacağını söyləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]