SİYASƏT


Rəşid Alimov: VII Qlobal Bakı Forumunun iştirakçıları və məzmunu mənə güclü təsir bağışladı

Bakı, 18 mart, AZƏRTAC

Qlobal Bakı Forumu müasir dünya siyasətinin və iqtisadiyyatının demək olar ki, bütün istiqamətlərini, o cümlədən problemli məsələləri əhatə edir. Ən başlıcası, bu Forumda bir qədər gələcəyə baxmağa cəhd göstərilir.

Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi, Bakıda keçirilən VII Qlobal Bakı Forumunun işində iştirak etmiş Rəşid Alimov bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib.

Rəşid Alimov Forum barədə ümumi təəssüratlarını bölüşərək deyib: “Bakı Forumunun işində ilk dəfə iştirak etdim. Keçənilki Forumun işində bəzi obyektiv səbəblərə görə iştirak edə bilmədim. Demək istəyirəm ki, bu Forum, ilk növbədə, öz məzmunu və iştirakçıların heyəti ilə diqqəti cəlb edir”.

Onun sözlərinə görə, Forumun gündəliyi həm müxtəlif ölkələrin maraqlarının ortaq “ağrılı” nöqtələrini, həm də demək olar ki, bütün əsas mövzuları əhatə edir. Rəşid Alimov vurğulayıb: “Məsələ ondadır ki, diskussiyalar zamanı hər kəs ayırıcı nöqtələri deyil, təmas nöqtələrini, yəni, birgə artım nöqtələrini axtarır. Forumun açıqlığı da mühüm amildir. Bu, zalda aşkar hiss olunur. Forum iştirakçıları çox yüksək statusa malikdir. Burada hazırda fəaliyyətdə olan prezidentlər və baş nazirlər, həmçinin əvvəllər dövlət və hökumət başçıları olmuş şəxslər, ekspertlər var. Onlar hamısı burada çox ciddi şəkildə təmsil olunub, müasir beynəlxalq münasibətlərin təşkilində bəlkə də çatışmayan ən mühüm elementi vurğulayırlar. Bu elementin mahiyyəti qarşılıqlı etimad və açıqlıqdır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.