İQTİSADİYYAT


Rəşid Behbudov küçəsində yeni işıqfor quraşdırılıb

Bakı, 27 aprel, AZƏRTAC

Paytaxtın küçə və prospektlərində piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması işləri davam etdirilir. Bu çərçivədə bir neçə təhsil müəssisəsinin yerləşdiyi Rəşid Behbudov küçəsi 55 ünvanında mövcud eyni səviyyəli piyada keçidinin nizamlanması üçün işıqfor obyekti quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, nəticədə təhlükəsizlik səviyyəsi artırılıb, hərəkət növbəliliyi təmin edilib, əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, işıqfor dirəklərində çağırıcı qurğular yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.