DÜNYA


Rəsmi Berlin: AFR-də antisemitizmə yer yoxdur

Berlin, 11 mart, AZƏRTAC 

AFR-in Prezidenti Frank-Valter Ştaynmayer bazar günü Nürnberqdə, Qardaşlıq Həftəsinin açılış mərasimindəki emosional çıxışında ölkədə antisemitizm təzahürlərini pisləyib.

AZƏRTAC “Deutsche Welle” agentliyinə istinadla xəbər verir ki, Prezident antisemitizmin burada, məhz Almaniyada özünü açıq şəkildə nümayiş etdirməsindən utandığını və bunun ağrılı olduğunu deyib.

Ştaynmayer müxtəlif yerlərdə, o cümlədən məktəbdə, küçədə, ofisdə, sosial şəbəkələrdə yəhudilərə dözümsüzlüyün təzahürlərindən təəssüfləndiyini bildirib. Prezident antisemitizmi hər hansı demokratik cəmiyyətdə aşılması yolverilməz olan “qırmızı xətt” adlandırıb. O, yəhudilərə nifrəti ölkənin Konstitusiyasına hücumla bərabər tutub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.