DÜNYA


Rəsmi Tehran: ABŞ neft ixracımızı dayandıra bilməyəcək

Bakı, 8 avqust, AZƏRTAC

ABŞ İranın neft ixracını dayandıra bilməyəcək.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın sanksiyalarını şərh edərkən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Neft ixracımızı dayandıra bilməyəcəklər. Əgər amerikalılar bu sadə və qeyri-mümkün fikri unutmaq istəsələr, bunun nəticələrini də dərk etməlidirlər. Onlar İranın neft ixrac etməyəcəyini və başqalarının isə ixrac həyata keçirəcəyini düşünə bilməzlər”, - deyə İranın xarici işlər naziri deyib.

O, ABŞ-ın İranın neft ixracını dayandırmaq planının müvəffəqiyyətli olmayacağını söyləyib.

Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.

İran Prezidenti Həsən Ruhani isə keçən ay ABŞ-ın İranın neft ixracını dayandırmağa çalışması vəziyyətində ölkəsinin böyük neft nəqli yolu olan Hörmüz boğazını bağlaya biləcəyini bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.