Rəsmi Tehran: Donald Trampın qərarı İranın neft ixracına təsir etməyəcək

Bakı, 11 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın qərarı İranın neft ixracına təsir göstərməyəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə deyib. Nazir qeyd edib ki, ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması rəsmi Tehranın neft ixracına təsir etməyəcək.
“İranın neft sektorunu inkişaf etdirmək üçün xarici investorlara ehtiyacı var. Lakin ABŞ-ın sanksiyalarından ötəri xarici investorlar İrandan uzaqlaşmağa qərar verdikləri təqdirdə ölkənin neft sektoru inkişafdan qalmayacaq. İranın neft hasilatının ilinin sonuna qədər eyni səviyyədə qalacağı gözlənilir”, - deyə Bijən Namidar Zəncənə əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]