İQTİSADİYYAT


Respondentlərin 72 faizi Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən razıdır

Bakı, 24 oktyabr, Elvin Camalov, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi ilə bağlı sorğuda iştirak edən respondentlərin 72 faizi agentliyin fəaliyyətindən razıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O bildirib ki, 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində sərnişindaşıma xidmətinin təşkili və idarəolunması üzrə inkişafa nail olub. İctimai fikrin öyrənilməsi üzrə obyektiv təhlillər aparan Milli Sorğu Mərkəzinin (www.sorgu.az) bu mövzuda apardığı sorğunun nəticələri də göstərib ki, ictimaiyyət Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən məmnundur. Sorğuda iştirak edən 20 min 655 nəfərin 72 faizi agentliyin işindən razı olduğunu ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.