MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası Gənclər Günü münasibətilə tədbir keçirib
Bakı, 3 fevral, AZƏRTAC
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası 2 fevral - Gənclər Günü münasibətilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir gəncliyə qayğı və diqqəti” başlığı altında Sabunçu Gənclər Evi və gənc oxucu qrupları ilə birgə “Zoom” proqramı vasitəsilə onlayn tədbir keçirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Xarici ədəbiyyat şöbəsinin müdiri Nübar Cəlilova gənclərin müasir dövrdə ölkəmizin bütün inkişaf sahələrində nümayiş etdirdikləri fəaliyyətdən, ölkəmizdə gənclərə göstərilən ən yüksək diqqət və qayğıdan, uğurlu dövlət gənclər siyasətinin həyata keçirilməsindən söhbət açıb.
Sabunçu Gənclər Evinin rəhbəri Samir Mehrəliyev Gənclər Evi olaraq fəaliyyətlərindən və gələcəkdə davamlı olaraq gənclərimizlə birlikdə layihələrin təşkilindən və iş birliyindən bəhs edib.
Tədbirdə Gənclər Evinin bir qrup əməkdaşı çıxışlarında Prezident İlham Əliyevin bugünkü gün gənclərə qayğı və diqqətindən, onlara yaradılan geniş şəraitdən bəhs edib.
Tədbir iştirakçıları İkinci Qarabağ müharibəsində bizə böyük zəfər yaşadan gənc şəhidlərimizi, qazilərimizi, itkin və əsir düşmüş əsgərlərimizi də yad ediblər.