MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanası Mirzə İbrahimovun 110 illiyi ilə bağlı materiallar hazırlayıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Bu gün nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 110-cu ildönümü tamam olur. Bu münasibətlə Respublika Gənclər Kitabxanası “Mirzə İbrahimov 110” adlı virtual kitab sərgisi və videoçarx hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hər iki materialda dramaturqun həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verilir. Onun həm epik, həm lirik, həm də dramatik janrda əsərlər qələmə alması, xarici ədəbiyyatdan dilimizə tərcümə etdiyi əsərləri qeyd edilir. Hazırlanan virtual kitab sərgisində ilk tənqidi və publisistik məqalələrini ötən əsərin 30-cu illərdə qələmə alan Mirzə İbrahimovun yaradıcılığında mühüm yer tutan “Gələcək gün” romanı, “Qorxulu səs”, “Yol ayrıcında”, “Mələk” hekayələri, “Cənub hekayələri” silsiləsinə daxil olan “On iki dekabr”, “Azad”, “Tonqal başında” hekayələri və s. yaradıcılıq nümunələri haqqında da məlumat verilir. Bundan əlavə virtual kitab sərgisində izləyicilərə Mirzə İbrahimovun “Həyat”, “Madrid”, “Məhəbbət” dramlarının, ədibi geniş oxucu əhatəsinə sevdirən “Böyük dayaq” romanının annotasiyası təqdim olunur. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda dramaturqun layiq görüldüyü mükafatlar, ədibin şəxsi foto qalereyasından foto görüntülər də nümayiş edilir.

Hazırlanan materiallara kitabxananın instaqram səhifəsində yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.