MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanası Ümumdünya Aviasiya və Kosmonavtika Günü münasibətilə videoçarx hazırlayıb

Bakı, 12 aprel, AZƏRTAC

Bir sıra kitabxanalar kimi Respublika Gənclər Kitabxanası da öz illik fəaliyyətini öncədən qərarlaşdırılan “Əlamətdar Günlərin Təqvimi”nə əsasən formalaşdırır. Belə günlərdən biri 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. Respublika Gənclər Kitabxanası bu əlamətdar gün münasibətilə faydalı məlumatlarla zəngin videoçarx hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarxda 1961-ci ilin məhz bu günündə tarixdə ilk dəfə Sovet İttifaqı vətəndaşı Yuri Qaqarinin orbitə çıxması, “Vostok” kosmik gəmisi ilə kosmonavtın 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr etməsi və uğurla Saratov əyalətində yerə enməsi haqqında geniş məlumat verilib.

Videomaterialda kosmosun fəth olunmasına tuşlanan 250 proqramın, orbitdə isə 32 ölkədən bir neçə yüz kosmonavt və astronavt olmasından bəhs edilir. Videoçarxda Yuri Qaqarin, Sergey Avdeyev, Valentina Tereşkova kimi adını kosmonavtika tarixinə qızıl hərflərlə yazdırmış kosmonavtların adları çəkilir.

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materialda Azərbaycanda aerokosmik sənayenin inkişafı mövzusuna da toxunulub, keçmiş sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı çəkilib. Ümumilikdə videoçarx izləyicidə ümumdünya aviasiya və kosmonavtika tarixi haqqında dolğun məlumat yaradır.

Sözügedən videoçarxı https://www.instagram.com/p/CNhUPSfhHki/ linki vasitəsilə izləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.