MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanası Xocalı faciəsinə həsr olunmuş şeir müsabiqəsi elan edib

Bakı, 18 fevral, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fevralın 27-dək 16-35 yaşarası gənclər arasında "Xocalı faciəsi ədəbiyyatda" - Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr edilmiş şeir müsabiqə elan edib.

AZƏRTAC xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər fevralın 27-dək Xocalı faciəsi mövzusunda yazılmış şeirlərdən birinin səsləndirilmiş videoyazısını (şeir müsabiqə iştirakçısı tərəfindən səsləndirilməlidir) kitabxananın email ünvanına (ryl.az@mail.ru) və ya sosial şəbəkə səhifələrinə təqdim etməlidirlər.

Təqdim olunan şeir qiraət videoları kitabxananın “Instagram” və “Facebook” səhifələrində yerləşdiriləcək. Qaliblər onlayn səs çoxluğu əsasında (“Bəyənmə” sayına görə) müəyyən ediləcək. Qalib iki nəfər seçiləcək və kitabxana tərəfindən diplom və kitab hədiyyəsi ilə mükafatlandırılacaq.

Şeir müsabiqəsinə göndərilən materiallarla kitabxananın “Instagram” və “Facebook” səhifələri vasitəsilə tanış olmaq olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.