MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanasında “Ağdamsız 25 il” adlı dəyirmi masa təşkil edilib

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ağdam rayonunun işğal gününə həsr olunmuş “Ağdamsız 25 il” adlı “dəyirmi masa” təşkil edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir ölkəmizin suverenliyi, ərazi toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə kitabxananın direktoru Oruc Quliyev çıxış edərək Dağlıq Qarabağ münaqişəsi, eləcə də Ağdamın işğalının 25 illiyi ilə əlaqədar fikirlərini bildirib. Dövlətimizin bu münaqişənin tezliklə həll olunması üçün apardığı genişmiqyaslı işlərindən danışıb, bu fəaliyyətin nəticəsi olaraq tez bir zamanda torpaqlarımızın azad olunacağına ümidvar olduğunu qeyd edib.

Kitabxananın əməkdaşı Rəvanə Məlikova Ağdamın işğal tarixi haqqında məruzə ilə çıxış edib, Əməkdar Artisti Azad Şükürov, türkiyəli tələbələr İrem Feray və Merve Bankir Qarabağın işğalı, erməni vandalizmi haqqında fikirlərini bölüşüblər.

Şuşa rayon İcra Hakimiyyətinin birinci müavini Əkbər Hacıyev, Şuşa rayonu YAP-ın sədri Təvəkkül Əliyev və başqaları çıxış edərək ürəkağrısı ilə Ağdamın işğalı barədə danışıblar, tezliklə torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə əminliklərini ifadə ediblər.

Tədbirdə Ağdam işğalına həsr olunmuş videoçarx nümayiş olunub, “Ağdamsız 25 il” adlı kitab sərgisi təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.