MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanasında “Əlilliyi olan şəxslərin hüquqları” adlı dəyirmi masa təşkil edilib

Bakı, 15 avqust, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Əlilliyi olan şəxslərin hüquqları” adlı dəyirmi masa keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açaraq əlilliyi olan şəxslərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımi bu oxucu qruplarına kitabxanalarda xüsusi diqqət göstərilməli olduğunu vurğulayıb.

Yasamal rayon Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov əlillərin problemlərinin həlli istiqamətində görülən işlərdən söhbət açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.