MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanasında Cəlil Məmmədquluzadənin 150 illiyi qeyd edilib

Bakı, 12 mart, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinin qeyd olunması ilə əlaqədar tədbirlər planı hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirlər planının icrası ilə əlaqədar kitabxananın əməkdaşları Fəxri xiyabana gələrək görkəmli ədibin məzarını ziyarət ediblər. Daha sonra kitabxanada təşkil olunan “Cəlil Məmmədquluzadə - 150” adlı kitab sərgisinə baxış keçirilib.

Eyni zamanda kitabxanada “Cəlil Məmmədquluzadə irsi” adı altında söhbət-mühazirə təşkil olunub. Kitabxananın mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Qənirə Mustafayevanın “Azərbaycan ədəbiyyatında satiranı dünya səviyyəsinə qaldıran yazıçı” adlı mühazirəsi dinlənilib. Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsinin kitabxana fondu və kataloqlar üzrə laboratoriyanın müdiri Safura Hacıyeva, həmin fakültənin tələbələri Cəlil Mustafa və Jalə Aslanlı mövzu ətrafında çıxışlar ediblər.

Qeyd edək ki, tədbirlər planı ölkə başçısının ədibin 150 illiyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamına əsasən hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.