MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanasında “Şuşa İli” ilə bağlı açılış tədbiri

Bakı, 27 AZƏRTAC

Yanvarın 27-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Şuşa - Qarabağın zirvə tacı” rəsm sərgisi və Azərbaycan, türk, rus, ingilis dillərində “Qarabağın tacı. Şuşa- 270” adlı virtual kitab sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi haqqında Sərəncamına əsasən kitabxananın tədbirlər planında yer alıb.

Kitabxananın direktoru Aslan Cəfərov tədbirdə “Şuşa. Şuşanın qədim tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyəti və incəsənəti” mövzusunda məruzə ilə çıxış edib.

Metodika-biblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova Azərbaycan və rus dillərində tərtib etdiyi “Şuşa” kartotekası, kartotekanın tərkibi haqqında məlumat verib.

Bildirilib ki, kitabxana il ərzində tədbirlər planında nəzərdə tutulan tədbirlərin icrasını davam etdirəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.