ELM VƏ TƏHSİL


Respublika Gənclər Kitabxanasından “Dünya ənənələri, ənənələr dünyası” aksiyası

Bakı, 25 may, AZƏRTAC

Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir. Beynəlxalq və milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sistemindəki rolunun tədqiqi həmişə aktual olub. Məhz bu məqsədlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Dünya ənənələri, ənənələr dünyası” aksiyasına başlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, aksiyanın məqsədi istifadəçiləri dünya xalqlarının adət və ənənələri, həyat tərzi, illərlə riayət etdikləri ailə və məişət qaydaları ilə tanış etməkdir. Aksiya çərçivəsində Afrika xalqlarının, Çin, Belarus, Braziliya, Rusiya, Hindistan və sair ölkələrin adət və ənənələri haqqında videoçarxlar hazırlanıb. Kitabxana əməkdaşları tərəfindən hazırlanan videoçarxlarda bu və ya digər ölkənin bayramları, məişət, toy, dəfn, qonaq qəbuletmə və sair qayda və ritualları haqqında məlumat verilir. Videoçarxları izləyən istifadəçilər virtual olaraq müəyyən bir ölkənin milli koloritini özündə əks etdirən musiqinin sədaları altında bu ölkənin bayramlarının, toylarının, yığıncaqlarının iştirakçısına çevrilirlər.

Qeyd edək ki, sözügedən aksiya qısa müddət ərzində öz ətrafında kifayət qədər geniş izləyici auditoriyası toplayıb və bu aksiya “baxış” saylarına görə ön sıralara keçib.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Dünya ənənələri, ənənələr dünyası” adlı aksiyası çərçivəsində hazırlanmış videoçarxlarla aşağıda qeyd olunmuş “Instagram” və “Facebook” səhifələri vasitəsilə tanış ola bilərsiniz:

https://instagram.com/c_cabbarli_resp_genc_kitabxana?igshid=nndqfexh28sb

https://www.facebook.com/profile.php?id=100011349961279

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.