MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanasının canlı yayımları davam edir

Bakı, 14 iyul, AZƏRTAC

Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar davam edir. Növbəti belə görüş Psixologiya Elmi Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmovla keçirilib.

AZƏRTAC xəbər verir ki, Respublika Kitabxanasının təşkilatçılığı ilə keçirilən görüşə1500-dən çox izləyici qatılıb. Qonaq, ilk növbədə, son günlər Azərbaycanın Tovuz ərazisində respublikanın müstəqilliyi, ərazi bütövlüyü naminə aparılan döyüşlərdə həlak olunmuş şahidlərimizin xatirəsini yad edərək, ailələrinə səbir diləyib.

O, pandemiya dövründə insanların rastlaşdıqları problemləri qruplara bölərək çox izahlı şəkildə təsvir edib və problemlərin aradan qaldırılması yollarını izləyicilərin diqqətinə çatdırıb. Həmçinin qonaq müasir ailələrdə yaşanan psixoloji problemlərdən, uşaq tərbiyəsində zəruri olan aspektlərdən, insanların kiçik xoşbəxtliklərdən zövq almağı bacarmalarından söhbət açıb. Qonaq canlı yayım zamanı istifadəçilərin sualları ilə yanaşı, müsahibəni aparan kitabxananın əməkdaşı Günay Həsənovanın da suallarını cavablandırıb.

Canlı yayım zamanı mütaliə mövzusuna geniş yer verilib, qonaq istifadəçilərə “Qobusnamə”, “Kəlilə və Dimnə”, fərdi inkişaf üçün Viktor Franklın “Həyata hə demək” və s. bu kimi kitabları oxumağı tövsiyə edib.

Canlı yayım zamanı müsahib rəhbərlik etdiyi Psixologiya Elmi Tədqiqat İnstitutunun fəaliyyətindən də danışıb, burada tam təmənnasız olaraq əhaliyə təqdim edilən “Qaynar xətt” xidməti haqqında məlumat verib.

Sonda qonaq Elnur Rüstəmov bu cür canlı yayımların keçirilməsi zəruriyyətini vurğulayıb Respublika Gənclər Kitabxanasına və izləyicilərə öz minnətdarlığını bildirib.

İstifadəçilər Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov ilə keçirilən canlı yayıma https://www.instagram.com/p/CCl5D3pCLbn/ linkı vasitəsilə baxa bilərlər.

Respublika Gənclər Kitabxanasının əməkdaşları Elnur Rüstəmov haqqında videoçarx hazırlayıblar, bu materiallar kitabxananın “Instagram” səhifəsinin https://www.instagram.com/p/CCjFRfVBPJ_/ linki altında yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.