SİYASƏT


Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir

Bakı, 25 may, AZƏRTAC 

28 may - Respublika Günü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi hissələrdə şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilir, sənədli və bədii filmlər nümayiş olunur.

Təsdiq olunmuş plana əsasən, hərbi hissələrdə Gəncə Qarnizonu və Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət mərkəzləri, rayon mədəniyyət müəssisələri kollektivlərinin təqdim etdiyi bayram konsertləri, viktorinalar, kütləvi hərbi-vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.