Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Respublika Günü münasibətilə iqtisadiyönümlü vebinar keçirilib

Respublika Günü münasibətilə iqtisadiyönümlü vebinar keçirilib

Bern, 30 may, AZƏRTAC

Azərbaycan Respublikasının İsveçrədəki səfirliyinin təşkilatçılığı və İsveçrə-MDB Birgə Ticarət Palatasının dəstəyi ilə Azərbaycan Demokratik Respublikasının yaradılmasına həsr olunan vebinar təşkil edilib.

Ölkəmizin İsveçrədəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində əsas məqsədlərdən biri də Azərbaycanın əlverişli iqtisadi mühiti barədə məlumat vermək və bu istiqamətdə İsveçrə biznes mühitinin ölkəmizlə əməkdaşlığa cəlb edilməsi olub.

Tədbirdə əvvəlcə Azərbaycanın Respublikasının və İsveçrə Konfederasiyasının dövlət himnləri səsləndirilib.

Sonra ölkəmizin İsveçrədəki səfiri Xanım İbrahimova Azərbaycan Xalq Cümhuriyyəti barədə qonaqlara məlumat verərək, 102 il öncə - 1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın məhz Azərbaycanda qurulmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. X.İbrahimova bildirib ki, Cümhuriyyətin 23 ay yaşamasına baxmayaraq, siyasi, iqtisadi və sosial sahələrdə ciddi nailiyyətlər əldə edilib, qadınlara səsvermə hüququ verilməsi daxil olmaqla 200-ə yaxın qanun qəbul edilib. Azərbaycan-İsveçrə əlaqələrinin də məhz həmin dövrə təsadüf etdiyini vurğulayan səfir azərbaycanlı mütəfəkkirlərin Qafqaz Konfederasiyası yaratmaq ideyasının arxasında İsveçrə modelinin nəzərdə tutulduğunu qonaqların diqqətinə çatdırıb. O qeyd edib ki, çox qısa müddət mövcud olmasına baxmayaraq Cümhuriyyət Azərbaycanda dövlətçilik ənənəsinin əsasını qoyub.

Səfir X.İbrahimova Azərbaycan xalqının yalnız 70 il sonra - 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdiyini qonaqların diqqətinə çatdıraraq, müstəqilliyinin ilk illərinin Azərbaycan üçün çox çətin olduğunu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vəziyyəti daha da ağırlaşdırdığını qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 1/5-nin işğal edildiyini və ölkəmizdə 1 milyon insanın qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur olduğunu bildirib. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə siyasi, iqtisadi və sosial istiqamətlərdə həyata keçirilən islahatlar nəticəsində önəmli xarici investisiyaların cəlb edildiyini və bununla da Azərbaycanın inkişaf etməyə başladığını vurğulayan səfir X.İbrahimova H.Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmizin donor dövlətə çevrildiyini, beynəlxalq təşkilatlarla, Ermənistan istisna olmaqla bir çox dövlətlərlə etibarlı ikitərəfli və çoxtərəfli əlaqələrin mövcudluğunu, habelə bir çox qlobal proseslərdə aktiv iştirakını qonaqların diqqətinə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xüsusi vurğu edən səfir BMT və digər regional və beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi qətnamələr və sənədlər barədə məlumat verib və Ermənistanın təcavüzkar siyasətinin heç bir dövlət tərəfindən dəstəklənmədiyini qeyd edərək münaqişənin sülh yolu ilə həlli üçün dövlətimizi tərəfindən işlərin davam etdirildiyini bildirib və bu xüsusda, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən İsveçrə hökumətinə təşəkkürünü ifadə edib.

Azərbaycan-İsveçrə əməkdaşlığından söz açan səfir X.İbrahimova əlaqələrin görülən işlər nəticəsində son ildə daha da inkişaf etdiyini bildirib. Bu baxımdan, artıq ənənə halını almış iki ölkə prezidentlərinin Dünya İqtisadi Forumu çərçivəsində görüşlərinin ölkələrimiz arasında münasibətlərdə məxsusi rolunun olması vurğulanıb. Səfir bildirib ki, dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsi məqsədilə bu il Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb.

Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmizin siyasi sabitliyə və sürətli iqtisadi inkişafa nail olduğunu söyləyən X.İbrahimova ölkəmizin bir çox dövlətlər, o cümlədən İsveçrə üçün etibarlı tərəfdaş kimi çıxış etdiyini bildirib. O qeyd edib ki, hazırda Azərbaycanda xidmət, tikinti, nəqliyyat, bank, sığorta və s. bu kimi qeyri-neft sektorunda İsveçrə şirkətlərinin xüsusi rolu var və bu xüsusda, İsveçrəyə məxsus “Holcim” Azərbaycanın qeyri-neft sektorunda ən böyük investisiyalar yatıran şirkətlərdən biridir. Eləcə də Azərbaycanın SOCAR şirkətinin İsveçrədə 200-ə yaxın yanacaq doldurma məntəqələrinin fəaliyyət göstərdiyini qonaqların diqqətinə çatdıran səfir ölkəmizdə İsveçrə ilə iqtisadi əlaqələrə böyük önəm verdiyini vurğulayıb. Daha sonra bildirib ki, səfirlik tərəfindən həm Azərbaycana, həm də İsveçrəyə təşkil edilən ixrac missiyaları, habelə Sürix və Cenevrə şəhərlərində həyata keçirilən “Bir kəmər, bir yol” investisiya forumları nəticəsində son bir il ərzində iki ölkə arasında iqtisadi dövriyyə nəzərə çarpacaq dərəcədə artıb.

Koronavirus pandemiyasından da bəhs edən səfir X.İbrahimova vurğulayıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən görülən işlər nəticəsində Azərbaycan nəinki milli səviyyədə, eyni zamanda, regional və qlobal səviyyədə koronavirus pandemiyası ilə mübarizədə ciddi addımlar atıb. Ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində, eləcə də bu pandemiyadan ən çox əziyyət çəkən bir sıra dövlətlərə maddi yardım edilib. Azərbaycanın bir çox ölkələri birləşdirən Şimal-Qərb, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında vacib rol oynadığını bildirən səfir pandemiya dövründə ölkəmizin fasiləsiz tranzit trafikinin təmin edilməsində mühüm rolunu nəzərə çatdırıb.

Sonra İsveçrənin Azərbaycandakı səfiri xanım Muriel Peneveyre çıxış edib. O, ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini qeyd edib və iqtisadi əlaqələrin genişlənməsi fonunda Azərbaycanda makro iqtisadi sabitliyin qorunması istiqamətində maraqlı olduqlarını ifadə edib.

Natiqlərdən “SOCAR Energy” şirkətinin icraçı direktoru Edqar Baxman və “Stadler” şirkətinin idarəetmə üzrə direktoru Matias Stöhr çıxışlarında Azərbaycanın uğurlarından bəhs ediblər və ölkəmizin aidiyyəti qurumları ilə həyata keçirilən birgə layihələr barədə təbliğat xarakterli məlumat veriblər.

Tədbir Azərbaycana həsr edilən videoçarxla yekunlaşıb.

Vebinarda Federal Xarici İşlər Nazirliyinin və İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndələri və Turizm Nazirliyinin rəhbərliyi, İsveçrədə akkreditə olunmuş xarici ölkələrin səfirləri, eyni zamanda, yəhudi icmasının fəal rəhbərləri, İsveçrə biznes dairələrinin nümayəndələri, habelə Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

KİV: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar