Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Belqradda qəbul təşkil edilib VİDEO

Belqrad, 29 may, AZƏRTAC

Serbiyanın paytaxtı Belqrad şəhərindəki “Hyatt Regency” otelində 28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Serbiya parlamentinin sədri xanım Maya Qoykoviç, parlamentinin sədr müavini Vladimir Marinkoviç, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, deputatlar, siyasi partiyaların rəhbərləri, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Tədbirdə Azərbaycan və Serbiyanın dövlət himnləri Serbiya tibb məktəbinin xoru tərəfindən canlı ifa edilib.

Ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov 28 Mayın Azərbaycanın dövlətçilik tarixində ən parlaq və unudulmaz günlərdən biri olduğunu qeyd edərək, 101 il bundan əvvəl, “İstiqlal bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında ilk parlament tipli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığından bəhs edib.

Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarını yaratmağa, irqindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqlar verməyə, qadınların seçki hüququnun tanınmasına və digər demokratik dəyərləri təsbit etməyə, eyni zamanda, bir çox ölkələrlə diplomatik əlaqələr qurmaqla dünya birliyində müstəqil dövlət kimi yerini tutmağa müvəffəq olduğu vurğulanıb. Səfir dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm qərarlar qəbul edildiyinə, əməli addımlar atıldığına diqqət yetirərək, bu dövrdə Bakı Dövlət Universitetinin açıldığı, dövlət teatrının təsis edildiyinin mühüm əhəmiyyətini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldıldığını söyləyən səfir, ötən ilin isə ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini bildirib.

Bu il eyni zamanda, Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasının 100 illik yubileyi olduğunu qeyd edən səfir bu günün 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin yaradılmasına dair qərarın qəbul edilməsi ilə əsaslandırıldığını bildirdi. Bu tarixi fakt əsasında Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixli Fərmanı ilə 9 iyulun Azərbaycan diplomatlarının peşə bayramı elan edildiyi, bu münasibətlə dünyanın mütləq əksər ölkələrində istər diplomatik nümayəndəliklərimiz, istərsə də diaspora təşkilatlarımız tərəfindən təntənəli yubiley tədbirlərinin həyata keçirildiyini bildirib.

Diplomatik xidmət orqanlarının tarixi haqda məlumat verərkən, o zaman Milli hakimiyyətin möhkəmlənməsi, dövlət strukturları və nizami ordunun yaradılması ilə yanaşı, gənc Azərbaycan hökumətinin qarşısında duran ən vacib diplomatik vəzifə - Birinci Dünya müharibəsində qalib gəlmiş müttəfiq dövlətlər tərəfindən təşkil olunan Paris Sülh Konfransında iştirak etmək və Azərbaycan dövlətinin dünya birliyi tərəfindən tanınması olduğu və böyük çətinliklərdən sonra Xarici İşlər naziri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak etmək hüququnu qazandığı qeyd edilib. 1920-ci ilin yanvarın 11-də Paris Sülh Konfransında Versal Ali Şurasını təşkil edən müttəfiq ölkələrin yekdilliklə Azərbaycan dövlətini tanımasını o dövrdə Azərbaycan diplomatiyasının ən vacib uğuru olduğu vurğulanıb.

Səfir deyib: “Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. 1920-ci ilin aprelinədək Azərbaycanın Gürcüstan, İran, Türkiyə, Ukrayna və başqa ölkələrdə diplomatik nümayəndəlikləri və Baş konsulluqları mövcud idi. Bu gün Azərbaycan öz milli mənafeyinə uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə sabit münasibətlər və qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir. Ölkəmiz xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilmiş və xarici siyasət məqsədlərini daha da təkmilləşdirmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası, ilk növbədə, ölkəmizin milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını özündə ehtiva edib.

Bizim bu gün dünyanın bütün qitələrində diplomatik nümayəndəliklərimiz mövcuddur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Xarici İşlər Nazirliyi strukturunun təsis edilməsi, beynəlxalq ictimaiyyətlə fəal diplomatik işin aparılması ölkəmizin xarici siyasət fəaliyyətinin əsasını qoydu”.

Səfir tədbir iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən əzəli Azərbaycan torpaqlarının – Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və bu münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumat verib. Bildirib ki, münaqişə ilə bağlı BMT TŞ-nin qəbil etdiyi dörd qətnamə hələ də yerinə yetirilməyib.

Diplomat Ermənistan tərəfinin, həmçinin ATƏT, AŞ və digər nüfuzlu təşkilatların da münaqişə ilə bağlı qətnamə və sənədlərinə məhəl qoymadığını, lakin bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında – ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunacağına inandığını bildirib.

E.Həsənov tədbir iştirakçılarına Azərbaycan-Serbiya əməkdaşlığının inkişafı barədə məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin səfərləri, müxtəlif yüksək səviyyəli tədbirlərdə həyata keçirilən görüşlərinin ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Qəbulda Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, əldə olunan uğurları, ev sahibliyi etdiyi dünya əhəmiyyətli tədbirləri özündə əks etdirən film nümayiş olunub. Həmçinin Azərbaycanın diplomatiya tarixini əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.

İştirakçılara Azərbaycanla bağlı materiallar, o cümlədən Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş kitab və jurnallar, eləcə də görkəmli ədiblərimizin serb dilinə tərcümə edilmiş əsərləri hədiyyə edilib.

Tədbir Serbiya KİV-lərində geniş işıqlandırılıb.

Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Belqradda qəbul təşkil edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb