MƏDƏNİYYƏT


“Beynəlxalq təsvir müsabiqəsi - 2020” keçiriləcək

Bakı, 22 yanvar, AZƏRTAC

Meksikada “Beynəlxalq təsvir müsabiqəsi - 2020” keçiriləcək.

AZƏRTAC-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən bildirilib ki, Meksikanın İdalqo Ştatı Avtonom Universiteti və onun Xeyriyyə Fondunun əlaqələndirdiyi “Beynəlxalq təsvir festivalı-2020”nin “Beynəlxalq təsvir müsabiqəsi - 2020” adlanan tədbir bu il reallaşacaq.

Müsabiqə əcnəbi mədəniyyət adamlarına yanvarın 26-dək açıqdır və qeydiyyat www.fini.mx portalında aparılır.

Adıçəkilən müsabiqədə Azərbaycandan olan peşəkarlar və ya həvəskarlar iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün qeyd edilən portaldan şərtlərlə daha geniş tanış ola bilərlər.

Qeyd edək ki, müsabiqə su mövzusuna həsr olunub və iştirakçılar tələbə mütəxəssis kateqoriyalarından olmaqla foto, sənədli video, plakat və alternativ texnika janrlarında iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.