MƏDƏNİYYƏT


Respublika Kinematoqrafçılar İttifaqı Rasim Ocaqov adına təqaüdü təqdim edib

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino və televiziya fakültəsində Operator sənəti ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev AZƏRTAC-a bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdə ittifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan, ailəsinin sosial-maddi durumu qənaətbəxş olmayan 4-cü kurs tələbəsi Mirzə Hüseynov layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.