Respublika Klinik Xəstəxanasının təşkilatçılığı ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
AzerTAg.az
Bakı, 17 iyun, AZƏRTAC
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının təşkilatçılığı ilə 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, keçirilən tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının heyət üzvləri və digər qonaqlar iştirak edib.
Tədbir tibb işçilərinin təltifetmə mərasimi ilə başa çatıb.


Xəbərin mətnində orfoqrafik səhv var