CƏMİYYƏT


Respublika Kliniki Xəstəxanasının tibbi laboratoriyaları yenilənib

Bakı, 13 avqust, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində Respublika Kliniki Xəstəxanasının tibbi laboratoriyaları tamamilə yenilənib.

AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilib.

Respublika Kliniki Xəstəxanasında Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb.

Laboratoriyaların fəaliyyəti pre-analitik, analitik və postanalitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriyalar tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, immunokimyəvi, mikrobioloji, hematoloji, ELISA, PZR və digər sistemləri ilə təchiz olunub.

Eyni zamanda, laboratoriyanın həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilib.

Artıq ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfinə daxil olan 600-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə biləcəklər.

Qeyd edək ki, pasiyentlər analizlərinin tamamilə elektronlaşdırılmış nəticələrini Respublika Kliniki Xəstəxanasına gəlməklə, eyni zamanda, müəssisəyə gəlmədən onlayn şəkildə www.its.gov.az saytından əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.