REGİONLAR


Respublika Komissiyası 1249 arıçıya 315 min 650 manat subsidiya verilməsi barədə qərar qəbul edib

Bakı, 5 dekabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komissiyanın sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçən iclasda 11 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 1249 arıçıya saxladıqları 31565 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə cəmi 315 min 650 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruri sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.

İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edirlər. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı, Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.