İDMAN


Respublika Olimpiya Mərkəzində atletika üzrə Antipov memorialının açılış mərasimi keçirilib

Bakı, 15 fevral, AZƏRTAC

Fevralın 15-də Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə XI beynəlxalq memorialın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının icraçı direktoru, Əməkdar məşqçi Kamal Əhmədov Aleksandr Antipovun idmanın inkişafındakı xidmətlərindən danışıb. Bu memorialın A.Antipovun xatirəsinə həsr edilmiş 11-ci turnir olduğunu vurğulayan K.Əhmədov Azərbaycanda tullanmalar üzrə idman məktəbinin inkişafında tanınmış idman mütəxəssisinin rolunu xüsusi vurğulayıb. O, yarışın atletikanın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Sevda Mirzəyeva Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, ölkəmizdə atletikanın da kütləviliyinin gündən-günə artdığını deyib.

Rusiya Federasiyasının Saxa (Yakutika) Respublikasının nümayəndəsi, yakut tullanmaları idman növü üzrə mütəxəssis Maksim Oequsturov qeyd edib ki, belə mötəbər yarışların keçirilməsi xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində və idmanın inkişafında mühüm rol oynayır.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Açılış mərasimindən sonra turnirə start verilib.

Respublika Olimpiya Mərkəzində keçirilən turnirdə Azərbaycan, Rusiya və Gürcüstan idmançıları iştirak edirlər. Turnirdə 2002-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlarla yanaşı, kişilər də uzununa, üçtəkanla və yakut tullanmalarında mübarizə aparırlar. Memoriala fevralın 16-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.