Respublika Psixiatriya Xəstəxanasının vəzifəli şəxsi həbs edilib
AzerTAg.az

Bakı, 6 fevral, AZƏRTAC
Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyənləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, faktla bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbərin mətnində orfoqrafik səhv var