CƏMİYYƏT


“Respublika Rəy Sorğusu” layihəsi çərçivəsində region gənclərinin maraq dairəsi öyrənilir

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə dəstəyi ilə Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi “Respublika Rəy Sorğusu” layihəsini həyata keçirir.

AZGF-dan AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi region gənclərinin maraq dairəsini öyrənmək, onların sosial aktiv gənc kimi formalaşmasına və maariflənməsinə yardım etməkdir.

Layihə çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarına, o cümlədən Şəmkir, Qazax, Gəncə, Quba, Masallı, Biləsuvar, Beyləqan və Sabirabada səfərlər təşkil olunub, könüllülər tərəfindən gənclər arasında sorğu keçirilib. Sorğunun nəticələri bəlli olduqdan sonra çoxlu sayda maarifləndirici layihələrin reallaşdırılması nəzərdə tutulur.

Rəy sorğusu hazırda digər regionlarda davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.