İDMAN


Respublika Şahmat Mərkəzində oğlanlar arasında seçim turnirinə start verilib

Bakı, 12 fevral, AZƏRTAC

Respublika Şahmat Mərkəzində 2011-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar arasında seçim turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, turnirdə 3-cü və 4-cü dərəcəyə malik 111 şahmatçı iştirak edir.

Turnirin rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə iştirakçıları salamlayıb, onlara müvəffəqiyyətlər arzulayıblar.

Yarış İsveçrə sistemi üzrə keçirilir.

Yekun nəticəyə əsasən, ilk 25 yeri tutan və xalı 25-ci pillənin xalına bərabər olan idmançılar martda keçiriləcək Bakı şəhər final mərhələsinə vəsiqə qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.