İDMAN


Respublika Şahmat Mərkəzində reytinq turniri keçiriləcək

Bakı, 11 mart, AZƏRTAC

Martın 16-da Respublika Şahmat Mərkəzində şahmat üzrə reytinq turniri start götürəcək.

AZƏRTAC xəbər verir ki, yarışa birinci, ikinci dərəcəli və beynəlxalq əmsalı 2 minə qədər olan idmançılar qatıla biləcəklər.

Doqquz oyundan ibarət olacaq yarışın nəticələri beynəlxalq reytinq hesablanması üçün Beynəlxalq Şahmat Federasiyası, milli reytinq hesablanması üçün Azərbaycan Şahmat Federasiyasına göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.