İDMAN


Respublika Şahmat Olimpiadası: Sumqayıt şahmatçıları maksimum xalla liderlik edirlər

Bakı, 17 iyul, AZƏRTAC

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadasında altıncı tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, altı turun nəticəsinə görə, A qrupunda Səbinə Rzalı, B qrupunda isə Yunis Mahmudzadə maksimum xalla liderlik edirlər.

Qeyd edək ki, hər iki idmançı Sumqayıt şahmat məktəbinin yetirmələridir. İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirdə 551 şahmatçı yarışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.