CƏMİYYƏT


Respublika Seysmoloji Xidmət Mərkəzi: Bakıda zəlzələ olacağına dair xəbərlər əsassızdır

Bakı, 16 yanvar, AZƏRTAC

Respublika ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi, əfsuslar olsun ki, bəzi insanların Bakıda zəlzələ olacağına dair heç bir əsası olmayan, həqiqəti əks etdirməyən və əhali arasında təşviş yaradan xəbərlər yaymasına səbəb olub. Vətəndaşlar tərəfindən bununla bağlı edilən çoxsaylı müraciətlərə aydınlıq gətirərək bildirmək istəyirik ki, meteoroloji amillərin zəlzələ ocaqları ilə hər hansı bir əlaqəsi yoxdur. Hazırda respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.

Məlumatda qeyd olunub ki, Bakıda gözlənilən güclü küləklə bağlı müvafiq qurumlar tərəfindən edilən xəbərdarlıqlar müsbət və vaxtında görülmüş tədbirlərdir. Respublika Seysmoloji Xidmət Mərkəzi vətəndaşlardan mərkəzə istinadı olmayan hər hansı xəbərə inanmamağı, kütləvi informasiya vasitələri nümayəndələrindən isə dəqiqləşdirilməmiş məlumatları yaymamağı xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.