CƏMİYYƏT


Respublika Seysmoloji Xidmət Mərkəzi ilə “Kinemetriks” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 12 sentyabr, AZƏRTAC

ABŞ-ın “Kinemetriks” şirkətinin prezidenti Ogie Kuraica Bakıya səfər edib. Səfəri çərçivəsində qonaq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, O.Kuraica RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb. Görüşdə əməkdaşlıq sahələri müzakirə edilib. Həmçinin tərəflər təcrübə mübadiləsinin aparılması və s. kimi məsələləri də nəzərdən keçiriblər.

Qeyd edək ki, RSXM-nin respublika ərazisində fəaliyyət göstərən seysmik stansiyaları “Kinemetriks” şirkətinin istehsalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.