CƏMİYYƏT


Respublika Seysmoloji Xidmət Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə orta məktəblərdə zəlzələ zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri davam etdirilir.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, növbəti belə tədbir Nizami rayonu 151 saylı tam orta məktəbdə keçirilib.

Tədbirdə mərkəzin əməkdaşları Afaq Ağazadə, Zümrüd Məmmədli və Leyla Aşurova məktəblilərə zəlzələ, onun baş vermə səbəbləri və təbii fəlakət zamanı davranış qaydaları haqqında məlumat veriblər.

Sonda şagirdləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.