Respublika Seysmoloji Xidmət Mərkəzi və Oksford Universitetinin əməkdaşlarının birgə tədqiqatları davam edir
AzerTAg.az
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Böyük Britaniyanın Oksford Universiteti arasında olan anlaşma çərçivəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Oksford Universitetinin əməkdaşlarının birgə apardığı paleseysmoloji tədqiqatlar davam etdirilir.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda hər iki qurumun əməkdaşlarından ibarət qrup Salyan rayonu ərazisində tədqiqatlar aparırlar. Buna qədər isə tədqiqatlar Ağsu, İsmayıllı və Göyçay rayonlarında həyata keçirilib. Tədqiqatların mayın 21-nə qədər davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, aparılan tədqiqatların məqsədi Azərbaycan ərazisində infrostruktur və əhali üçün ciddi seymik təhlükə yarada biləcək tektonik qırılmaları müəyyən etməkdir.




Xəbərin mətnində orfoqrafik səhv var