ELM VƏ TƏHSİL


Respublika Seysmoloji Xidmət Mərkəzində “Eduroam” xidməti yaradılıb

Bakı, 21 may, AZƏRTAC

Respublika Seysmoloji Xidmət Mərkəzinin şəbəkə infrastrukturunun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “AzScienceNet” elm-kompüter şəbəkəsinin Data Mərkəzində yerləşən Milli Eduroam serverinə qoşulması təmin olunub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, mərkəzdə, həmçinin Wi-Fi və “Eduroam” xidmətlərinin yaradılması işləri həyata keçirilib. Mərkəzin əməkdaşlarına “AzScienceNet” vasitəsilə ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçılarımızın bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə imkan verən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) “Eduroam” xidmətlərindən istifadə imkanı yaradılıb.

GEANT tərəfindən təqdim edilən “Eduroam” (education roaming) xidməti alim, tədqiqatçı, müəllim və tələbələrin internetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rominq xidmətidir. Bu xidmətə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində olarkən internetə simsiz şəbəkə üzərindən asan, ödənişsiz və təhlükəsiz çıxış imkanı əldə edir.

Qeyd edək ki, hazırda ölkənin digər elmi qurumları, ali təhsil müəssisələrində bu xidmətlərin istifadəyə verilməsi istiqamətində işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.