CƏMİYYƏT


Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun məqaləsi impakt faktorlu jurnalda çap olunub

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin italiyalı alim Lucano Teleska ilə birlikdə həmmüəllifi olduğu “Mingəçevir su anbarında suyun səviyyəsinin müvəqqəti dəyişməsi və seysmikliyi arasındakı əlaqənin təhlili (Azərbaycan)" məqaləsi "Springer" nəşriyyat evinin “Journal of Seismology” jurnalında çap olunub.

RSXM-in informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məqalənin digər həmmüəllifləri azərbaycanlı alimlər - Fəxrəddin Qədirov, Rafiq Səfərov, Qulam Babayev, Şirin İslamova və Səbinə Kazımovadır.

Jurnalın beş illik impakt faktoru 1.643-dür. Jurnal və məqalə ilə bu link vasitəsilə tanış olmaq olar: https://link.springer.com/article/10.1007/s10950-020-09926-3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.