CƏMİYYƏT
Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları medalla təltif olunublar
Bakı, 17 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun 80 illiyi münasibətilə əməkdaşların təltif edilməsi haqqında Sərəncamına əsasən “Tərəqqi” medalı alan Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) nümayəndələrinə medalları təqdim edilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bundan əvvəl akademiyanın 70 illik yubileyi münasibətilə mərkəzin beş əməkdaşının təltif olunduğunu xatırladıb. O, bu dəfə elmi məsələlər üzrə direktor müavini, fizika riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev və seysmoloji materialların təhlili və təfsiri şöbəsinin müdiri Rasimə Abdullayevanın “Tərəqqi” medalı ilə təltif edildiyini bildirib. RSXM əməkdaşlarına ölkə başçısı tərəfindən fəxri adların verilməsini mərkəzin kollektivi üçün stimul yaratdığını qeyd edən baş direktor seysmoloqların hər zaman Azərbaycan dövləti və dövlətçiliyinə sadiq olduqlarını diqqətə çatdırıb.