CƏMİYYƏT


Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının məruzəsi beynəlxalq konfransda birinci olub

Bakı, 3 dekabr, AZƏRTAC

30 noyabr - 1 dekabr tarixində Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən beynəlxalq konfransda ilk üçlüyə düşən ən yaxşı məruzələrin adları məlum olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, UFAZ-ın tədqiqat şöbəsinin müdiri Filip Turekin rəhbərlik etdiyi komissiya tərəfindən geodinamika şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov və mərkəzin əməkdaşı Gülnar Hüseynzadənin “Ərəb plitəsinin Azərbaycanın müasir geodinamikasına təsiri” məruzəsinin birinci yeri tutduğu açıqlanıb.

Qeyd edək ki, məruzəçilər təşkilatçılar tərəfindən sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Azərbaycan-Fransa Universitetinin təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransanın Strasburq Universiteti, Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyi ilə əməkdaşlıq çərçivəsində reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.