ELM VƏ TƏHSİL


Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi: “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində virtual dərslərə start verilib

Bakı, 25 noyabr, AZƏRTAC

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Azərbaycanı tanıyaq” beynəlxalq onlayn klublar şəbəkəsi çərçivəsində virtual dərslərə start verilib.

Uşaq-Gənclər İnkişaf Mərkəzindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Azərbaycanın dünya ölkələri arasında təbliği, bu sahədə xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin fəallığının, inkişaf rolunun gücləndirilməsi istiqamətində Azərbaycanın mədəni irsinin, tarixinin, turizminin dünya səviyyəsində tanıdılması və qorunması, diasporlarla iş əlaqələrinin gücləndirilməsi istiqamətində “Azərbaycanı tanıyaq” proqramı çərçivəsində onlayn klublar şəbəkəsi daxil olmaqla vebinarlar və virtual dərslərin keçirilməsindən ibarətdir.

2020-2021-ci tədris ilinin sentyabr ayında proqrama hazırlıq mərhələsi təşkil edilib. Proqramın bütün istiqamətləri üzrə İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı qələbəsi haqqında, həmçinin işğaldan azad olunan şəhər və kəndlərini dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclərə tanıdılması, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği məqsədilə dərslər tədris olunacaq.

“Azərbaycanı tanıyaq” layihəsində məlumatlılığın genişləndirilməsi məqsədilə “Diyarşünaslıq”, “Ekoturizm”, “Azərbaycan mədəniyyəti”, “Milli rəqslər”, “Milli musiqi alətləri”, “Azərbaycan mətbəxi”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Sənətkarlıq” (xalçaçılıq, qurama, toxuma, dizayn), “Azərbaycan muğamı” daxil olmaqla 10 fərqli istiqamət üzrə onlayn klubların tərkibində virtual dərslər tədris olunacaq.

Virtual dərslər xüsusi hazırlanan proqram üzrə respublikanın tanınan müəllimləri daxil olmaqla peşəkar təlimçilər tərəfindən keçiriləcək və qeyd olunan istiqamətlər üzrə onlayn dərslərə xarici ölkə vətəndaşları olan uşaq və gənclərin də cəlb edilməsi nəzərdə tutulur. Virtual dərslər 7-11, 12-16 yaş kateqoriyaları üzrə Azərbaycan və ingilis dillərində keçiriləcək.

Qeyd edək ki, ABŞ, Kanada, Fransa, Türkiyə, Pakistan, Macarıstan, Tailand, Finlandiya və s. ölkələrdə yaşayan azərbaycanlı uşaq və gənclər ilkin mərhələdə qeydiyyatdan keçiblər.

Layihənin müəllifi və təlim proqramının kuratoru Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, “EkoSfera” Sosial-Ekoloji Mərkəzi (QHT) rəhbəri dosent Firuzə Sultanzadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.